Bütün xəbərlər
Ərdoğan seçkilərdə Kılıçdaroğlunun qarşısında təbrikləri qəbul etməyə başladı
Tarix: 28-05-2023 21:39 | Bölmə: Dünya


Türkiyədə və xaricdə seçicilərin səslərini hesabladıqdan sonra ölkənin Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəldiyini elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 53,41 faiz səs toplayıb.
Ərdoğanın rəqibi, müxalifət lideri Kamal Kılıçdaroğlu demək olar ki, 47 faiz səs toplayıb.
Artıq Ərdoğanın tərəfdarları səsvermənin nəticələrinə münasibət bildiriblər. Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik tvitter səhifəsində seçkilərin ikinci turunun “demokratiya bayramı” olduğunu yazıb.
"Qazanan bütün Türkiyə olacaq. Vətəndaşlarımızdan heç biri inciməsin və üzülməsin. Uduzan bir vətəndaş da olmayacaq", - deyə Çelik yazıb.
O, vətəndaşları seçkilərin nəticələrini "yetkinliklə" qəbul etməyə və ölkədə demokratiyanın güclənməsi münasibətilə bir-birini təbrik etməyə çağırıb.
Bu arada dünya liderləri hələ Ərdoğanın qələbəsi rəsmi elan edilməmişdən əvvəl onu yenidən prezident seçilməsi münasibətilə təbrik etməyə başlayıblar. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyə dövlət başçısına prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Ərdoğanı Azərbaycan prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Viktor Orban və Özbəkistan prezidenti Şavkat Mirziyoyev də təbrik ediblər.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər