Bütün xəbərlər
Ukrayna mərmisi Bryansk vilayətində yaşayış binasına düşüb
Tarix: 22-05-2023 21:29 | Bölmə: Dünya


Bazar ertəsi axşam saatlarında Bryansk vilayətinin ərazisi Ukraynadan top artilleriyasından atəşə tutulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mayın 22-də axşam saatlarında Bryansk vilayətinin Solovyovka kəndinin atəşə tutulması barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib. İlkin məlumatlara görə, mərmilərdən biri yaşayış binasını tamamilə sıradan çıxarıb və yardımçı tikiliyə ziyan vurub.
Rayon rəhbərinin sözlərinə görə, itki yoxdur, əməliyyat xidmətlərinin əməkdaşları hadisə yerinə gəliblər. Atışmanın nəticələri araşdırılır.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər