Bütün xəbərlər
Cənubi Koreya Ukraynadan tələb olunan silahların siyahısını alıb
Tarix: 21-05-2023 22:40 | Bölmə: Dünya


Cənubi Koreya prezidenti Yun Sok-yeol Xirosimada keçirilən G7 sammitində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra tələb olunan silahların təhvil verilmiş siyahısını nəzərdən keçirəcəyini bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Reuters”in məlumatına görə, Kiyev Seuldan öldürücü olmayan silahlar tələb edir.
Cənubi Koreya lideri bildirib ki, ölkəsi Silahlı Qüvvələri minatəmizləmə texnikası, həmçinin təcili yardım maşınları ilə təmin etməyi planlaşdırır. Silahların siyahısına gəlincə, Yoon Seok Yeol onu "hərtərəfli öyrənəcəyinə" söz verib.
Bu həftənin əvvəlində Cənubi Koreya Ukrayna ilə 130 milyon dollarlıq maliyyə yardımı müqaviləsi imzalayıb.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər