12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
ABŞ konsulluğunda işləyən Vladivostok sakini həbs olunub
Tarix: 15-05-2023 22:21 | Bölmə: Dünya


ABŞ-ın Vladivostokdakı konsulluğunun keçmiş əməkdaşı xarici dövlətlə əməkdaşlıqda ittiham olunduqdan sonra həbs-qətimkan tədbiri seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya FSB-nin müstəntiqlərinə istinad edən TASS agentliyinin məlumatına görə, Vladivostokda Amerika konsulluğunun ABŞ səfirliyində qeydiyyatda olan keçmiş əməkdaşı Robert Şonov saxlanılaraq həbs edilib. Saxlanma və həbsin vaxtı və səbəbləri göstərilmir.
Şonova qarşı xarici dövlətlə konfidensial əməkdaşlıqda ittiham olunduğu məlum olub. Bildirilir ki, istintaq hərəkətlərinin aparılması məqsədilə həbs edilən şəxs Moskvaya aparılaraq Lefortovo İstintaq Təcridxanasına yerləşdirilib.
FSB müstəntiqləri Moskvanın Lefortovo Məhkəməsindən Amerika diplomatik departamentinin keçmiş əməkdaşının həbsinin daha üç ay müddətinə uzadılmasını xahiş edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 62 yaşlı Robert Şonovu 8 ilə qədər həbs cəzası gözləyə bilər.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər