Bütün xəbərlər
Ekvadorda güclü torpaq sürüşməsi 16 nəfərin həyatına son qoyub
Tarix: 28-03-2023 09:20 | Bölmə: Dünya

Bazar ertəsi, martın 27-nə keçən gecə Ekvadorun Alausi bölgəsində yer sürüşməsi baş verib, nəticədə yola ziyan dəyib, 160-dan çox ev dağılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölən və itkin düşənlərin sayı 60 nəfəri ötüb.
TASS-ın məlumatına görə, sürüşmə zonasında 500-ə yaxın insan olub. Hazırda 16 nəfərin öldüyü və 46 nəfərin itkin düşdüyü məlumdur.Təbii fəlakətin baş verdiyi yerdə axtarış-xilasetmə əməliyyatı aparılır. İlkin məlumatlara görə, sürüşən qaya 163 evə ziyan vurub. Səlahiyyətlilər yerli sakinlərə hələ fevral ayında bu yerdə sürüşmə ehtimalı barədə xəbərdarlıq etmişdilər.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər