12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Məhkəmə Pakistanın keçmiş baş naziri ilə bağlı qərarını dəyişib
Tarix: 18-03-2023 22:23 | Bölmə: Dünya


Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə dair order məhkəmə tərəfindən ləğv edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun işi üzrə məhkəmə iclası martın 30-da keçiriləcək.
Biabır edilmiş siyasətçinin tərəfdarları məhkəmə binası yaxınlığında polislə toqquşduğu üçün Xanın məhkəməsi hakim tərəfindən ləğv edilib. Xan özü gəldiyi avtomobili belə tərk edə bilməyib, lakin onun məhkəməyə gəlməsi nəzərə alınıb. Hazırda o, Lahordakı iqamətgahına qayıdır.
Hakim işin bütün tərəflərinə növbəti iclasda debatın keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib. Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın məhkəmədə iştirakını təmin etmək tapşırılıb.
TASS xəbər verir ki, İmran Xan 2022-ci il aprelin 10-da ona qarşı etimadsızlıq səsverməsinin alınmasından sonra Pakistan hökumətinin başçısı vəzifəsindən kənarlaşdırılıb. Keçmiş hökumət başçısı hakimiyyətdə olarkən bahalı hədiyyələr almaqda ittiham olunur.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər