Bütün xəbərlər
Fransa Rusiya boksçularının iştirakı ilə keçirilən turnirlərin boykot edilməsinə qarşıdır
Tarix: 17-03-2023 20:39 | Bölmə: Dünya


Fransa boksçuları Rusiya və Belarus idmançılarının iştirakı ilə keçiriləcək dünya çempionatını boykot etməyəcəklər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransa Boks Federasiyasından məlumat verilib.
"Fransa növbəti Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Biz neytral qalmağı planlaşdırırıq", - TASS FBF nümayəndəsindən sitat gətirir.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Kanada, Polşa, İsveç, Çexiya, Hollandiya, İsveçrə, İrlandiya və Ukrayna federasiyaları rus və belarusların beynəlxalq yarışlara buraxılması ilə əlaqədar boks üzrə dünya çempionatını boykot etmək qərarına gəliblər.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər