Bütün xəbərlər
Finlandiya körfəzində 80-dən çox balıqçını buzlaqdan xilas edib
Tarix: 08-03-2023 21:57 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Leninqrad vilayətində Finlandiya körfəzinin sularında iki ayrı buz parçasının üzərində qalmış 83 balıqçının sahilə təxliyəsi barədə məlumat verib.
"Xilasetmə əməliyyatı başa çatıb. Helikopter də daxil olmaqla, ümumilikdə 83 nəfər xilas edilib", - nazirliyin açıqlamasında bildirilir.
Daha əvvəl məlum olmuşdu ki, çərşənbə günü səhər Leninqrad vilayətində bir neçə onlarla insan sahildən qopmuş buzlaqlar üzərində olub. Əvvəlcə 50-yə yaxın balıqçı idi. Onların xilas edilməsinə 14 nəfər və 6 texnika, o cümlədən Mi-8 helikopteri göndərilib.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər