Bütün xəbərlər
Milanda küçə quldurlarının hücumu nəticəsində ən azı 5 nəfər yaralanıb
Tarix: 06-03-2023 22:53 | Bölmə: Dünya


Milanda, martın 6-da axşam saatlarında iki naməlum şəxs yoldan keçənlərə qarşı silsilə hücumlar törədib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, h"ücum edənlər silah kimi kargüzar bıçağından istifadə ediblər, qurbanlardan birinin vəziyyəti ağırdır.
"tg24.sky.it" xəbər verir ki, oğurluqlar bazar ertəsi saat 17:30 radələrində (Moskva vaxtı ilə təxminən 19:30) Milanın mərkəzi vağzalının yaxınlığında baş verib. İlkin məlumatlara görə, vəziyyəti qeyri-adekvat olan iki nəfər quldurluq məqsədi ilə yoldan keçənlərə hücum edib və azı beş qurbana kargüzarlıq bıçağı ilə xəsarətlər yetiriblər.
Qadınlardan birinin üzünə yumruq zərbələri endirilib, digərinin qolunda kəsik var. Bundan başqa, daha üç yaralının - 57 və 68 yaşlı iki kişi və bir qadının olduğu məlumdur. Bildirilir ki, 68 yaşlı qurban çiynindən güllə yarası alıb, çoxlu qan itirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücum edənlərdən biri saxlanılıb, ikincisi polis tərəfindən axtarılır. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər