Bütün xəbərlər
Xorvatiya prezidenti Ukraynanı üzdü
Tarix: 31-01-2023 13:56 | Bölmə: Dünya

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko Xorvatiya lideri Zoran Milanoviçin Krımın sahibliyi ilə bağlı dediklərini qəbuledilməz hesab edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Milanoviç daha əvvəl bildirmişdi ki, kollektiv Qərb Kosovonu Serbiyadan alıb və Krım yarımadası bir daha Ukraynanın bir hissəsi olmayacaq.
Oleq Nikolenko da öz növbəsində sosial şəbəkədə yazıb ki, Xorvatiya prezidentinin bəyanatlarını qəbuledilməz hesab edir.
"O, faktiki olaraq Ukraynanın ərazi bütövlüyünü şübhə altına aldı", - deyə, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi yekunlaşdırıb.
Eyni zamanda Nikolenko Xorvatiyanın Ukraynaya dəstəyini qeyd edib və Kiyev bunu yüksək qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Xorvatiya prezidenti Rusiyanın hamını ağladacağını bildirmişdi.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər