Bütün xəbərlər
Qayığın çevrilməsi nəticəsində 10 uşaq və gənc həlak olub
Tarix: 29-01-2023 14:01 | Bölmə: Dünya

Pakistanın Tanda Dam gölündə qayığın batması nəticəsində mədrəsənin tələbələri olan azı 10 uşaq və gənc həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, digər dörd qurbanın vəziyyəti ağırdır.
Pakistanın “Dawn” nəşrinin məlumatına görə, 12-20 yaş arası mədrəsə tələbələrini daşıyan qayıq bəndə bir günlük səfərdə idi. Qayığın batmasının səbəbi hələlik məlum deyil, ehtimal ki, qayıq həddindən artıq yüklənmiş ola bilər.
Təcili yardım xidmətləri 17 şagird və onların müəllimlərini xilas edib. 10 tələbə ölü sayılır, lakin indiyədək yalnız altı cəsəd sudan çıxa bilib. Göldə 7 təcili tibbi yardım maşını, 4 qayıq, 2 təxliyyə maşını və 40-dan çox xilasedicinin iştirak etdiyi axtarış əməliyyatı davam edir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər