Bütün xəbərlər
İsrail Qəzzanı vurdu, fələstinlilər cavab hücumu etdi
Tarix: 27-01-2023 06:44 | Bölmə: Dünya


İsrail və Qəzza zolağının sərhədində qarşıdurma getdikcə artır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İDF gecə saatlarında cənub ərazilərini atəşə tutandan sonra cavab zərbəsi endirib. Demək olar ki, dərhal yəhudi dövlətinin cənubunda yenidən hava hücumu sirenləri səsləndi.
İsrail Müdafiə Qüvvələri Moskva vaxtı ilə saat 04:30 radələrində Qəzza zolağına endirilən zərbələr barədə məlumat yayıb. Bu, Qəzza zolağından ölkəyə iki raket atıldıqdan bir neçə saat sonra baş verib. RİA Novosti-nin verdiyi məlumata görə, Fələstinin təlim düşərgələri İsrailin hava hücumunun hədəfinə çevrilib. Qəzzaya pilotsuz təyyarələrdən iki İsrail raketi atılıb.
İsrailin hücumu ilə bağlı xəbərlər fonunda yerli media fələstinlilərin yenidən raketlərdən istifadə etdiyini bildirib. İsrailin cənub sərhədlərindəki bir neçə yaşayış məntəqəsində dərhal hava hücumu siqnalları verilib.
İsrail hərbçiləri Qəzza zolağına hava hücumu zamanı Fələstin tərəfdən daha üç raketin atıldığını izah ediblər. Onlardan biri İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, ikincisi açıq yerə düşüb, üçüncüsü isə sərhəddən uçmayıb.
Cenin şəhərində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən və azı 10 nəfərin ölümü ilə nəticələnən toqquşmadan sonra İsraillə Qəzza zolağı arasında qarşıdurma daha da şiddətlənib.



Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər