Bütün xəbərlər
Polşa və Litva Rusiya Federasiyasının nüvə sektorunu 10-cu sanksiyalar paketinə daxil etməyi tələb edir
Tarix: 13-01-2023 21:35 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fevralın sonuna qədər Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketi hazır olmalıdır. “Reuters”in Polşa və Litva diplomatlarına istinadən verdiyi məlumata görə, bu, Rusiya mediasına əlavə məhdudiyyətlər və SWIFT sistemindən daha çox bankın bağlanmasını əhatə edə bilər.
Varşava və Vilnüs Rusiyanın nüvə sektoruna, bir sıra KİV-lərə qarşı sanksiyalara nail olmaq, daha çox bankı SWIFT-dən ayırmaq və almaz ticarətini dayandırmaq istəyir.
“Diplomatlar bildiriblər ki, onuncu sanksiya paketi fevralın 24-dək hazır olmalıdır”, - agentliyin açıqlamasında deyilir.
Yəqin ki, məhdudiyyətlər Belarusa da təsir edəcək. Diplomatlardan birinin dediyi kimi, zaman keçdikcə Aİ-də Rusiya Federasiyasına qarşı yeni sanksiyaların müzakirəsi zamanı lazımi yekdilliyi əldə etmək getdikcə çətinləşir.
Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalar təzyiqi Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və məhsulların qiymətinin artmasına səbəb olub. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin sanksiyaların bütün qlobal iqtisadiyyata ciddi zərbə vurduğunu bildirib.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər