Bütün xəbərlər
Bir milyondan çox britaniyalı dekabr və yanvar aylarında tətil edəcək
Tarix: 07-12-2022 11:50 | Bölmə: Dünya


Qarşıdakı iki ay ərzində Böyük Britaniyada bir milyondan çox insan bütün ölkədə baş tutacaq müxtəlif sənaye tətillərində iştirak edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"The Times"-ın məlumatına görə, indiyədək həmkarlar ittifaqları tibb və poçt işçiləri, dəmiryol işçiləri və dövlət qulluqçuları da daxil olmaqla 520 min insanın iştirak etdiyi tətilləri təsdiqləyib. Yaxın vaxtlarda daha 635 min nəfərin tətil etməsi ilə bağlı səsvermə keçirilməlidir. TASS xəbər verir ki, tətillərə müəllimlər, akuşerkalar və yanğınsöndürənlər qoşula bilər.
Böyük Britaniya Həmkarlar İttifaqları Konqresinin nümayəndəsinin sözlərinə görə, bu peşələrin gəlirləri son illərdə xeyli aşağı düşüb və “onlar artıq kəmərlərini daha da sıxa bilmirlər”. "Bu qış ölkədə genişmiqyaslı tətillər baş verərsə, Mühafizəkar hökumətin özündən başqa heç kimi günahlandıra bilməyəcək" deyib.
1926-cı ildə İngiltərəni silkələyən,  eyni anda təxminən 2 milyon insan tətil edib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər