Bütün xəbərlər
Məhkəmə Argentinanın vitse-prezidentini 6 il müddətinə azadlıqdan məhrum edib
Tarix: 07-12-2022 11:09 | Bölmə: Dünya


Birinci instansiya məhkəməsi Argentinanın vitse-prezidenti Kristina Kirşneri korrupsiya işi üzrə 6 il həbs və ömürlük dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,məhkəmə davası üç il davam edib. Kirşner prezident olarkən bir sahibkarın xeyrinə infrastruktur işləri aparardığına görə  korrupsiyada ittiham olunur (yeri gəlmişkən, sahibkarın özü və digər məmurlar da həbs cəzası alıblar). TASS xəbər verir ki, bundan əlavə, prokuror Kirşneri ömürlük dövlət vəzifəsində işləmək hüququndan məhrum etməyi tələb edib.
Kirşner 2007-2015-ci illərdə Argentina prezidenti olub. 2017-ci ildə o, ölkə Senatına seçilib.
Kirşnerin cəzası onun dərhal həbs olunacağı anlamına gəlmir, müttəhimin apellyasiya şikayəti vermək hüququ var və bu, bir ildən çox çəkə bilər.
Bu ilin sentyabrında Kirşnerə sui-qəsd olub. Braziliyalı bir qadın evinin qarşısında silahı ona doğrultsa da, silahdan yanlış atəş açılıb.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər