Bütün xəbərlər
Zelenski elektrik təchizatı ilə bağlı çətin vəziyyəti etiraf edib
Tarix: 20-11-2022 00:39 | Bölmə: Dünya

Vladimir Zelenski enerji məsələləri ilə bağlı görüşdən sonra videobağlantı vasitəsilə ukraynalılara müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun məlumatına görə, Ukraynada elektrik enerjisi təchizatı ilə bağlı ən çətin vəziyyət Kiyev, Odessa və Xarkovda yaranıb.
Ukrayna prezidenti öz Telegram kanalında mütəmadi olaraq hakimiyyətin son qərarları və ölkədəki ümumi vəziyyət haqqında məlumat verir. Şənbə günü Zelenski enerji sektorunda bərpa işləri ilə bağlı hesabatlar alıb.
"Elektrik enerjisi ilə bağlı ən böyük problemlər Kiyev, Odessa, Xarkovdadır. Vinnitsa, Ternopil, Çerkassı, Çerniqov və digər regionlarda - energetiklər insanlara normal həyat bəxş etmək üçün mümkün olan hər şeyi edirlər", - Zelenski bildirib.
Əvvəllər bildirildiyi kimi, Ukrayna ərazisində enerji infrastrukturunun 40%-dən çoxu zədələnib. Ölkədə elektrik enerjisinin kəsilməsi baş verir. Milyonlarla insan saatlarla, günlərlə işıqsız, susuz, istiliksiz qalmağa alışır.
"Xmelnitskoblenerqo" ASC-nin məlumatına görə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi səbəbindən Netişin şəhərinin bütün ərazisində qeyri-müəyyən müddətə fövqəladə dayanma baş verib. Şəbəkəyə yalnız kritik infrastruktur qoşulub: tibb məntəqəsi və şəhərə su təchizatı.
RİA Novosti xatırladır ki, Xmelnitski AES Netişində yerləşir. Buraya ümumi gücü 2000 MVt olan (1987 və 2004-cü illərdə qoşulmuş) iki enerji bloku (VVER-1000) daxildir. Stansiyanın əsas məqsədi Ukraynanın qərb regionunda elektrik enerjisi çatışmazlığını ödəməkdir.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər