Bütün xəbərlər
Tehranda Qasım Süleymaninin heykəli yandırıldı - Video
Tarix: 01-10-2022 22:26 | Bölmə: Dünya

                     Tehranda Qasım Süleymaninin heykəli yandırıldı




Tehran şəhər parkında İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı, general  Qasım Süleymaninin heykəli yandırılıb. 
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, iranlı müxalif jurnalist Məsih Əlinejad İnstaqram hesabında yazıb:
“İslam Respublikasının rəmzləri bir-bir odda yanır. Birincisi, Xamneyinin şəklinin yandırılması. Sonra baş örtüklərinin yandırılması. İndi də Qasim Süleymaninin heykəlinin yandırılması...".


               


Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər