Bütün xəbərlər
ABŞ senatorları F-16-larla bağlı müsbət rəy veriblər - Ərdoğan
Tarix: 20-09-2022 22:35 | Bölmə: Dünya

                      ABŞ senatorları F-16-larla bağlı müsbət rəy veriblər



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşdüyü iki ABŞ senatorundan qardaş ölkəyə F-16 qırıcılarının satışına potensial dəstək barədə müsbət rəy alıb.
"Qafqazinfo" "Reuters"ə istinadən xəbər verir ki, Türkiyə oktyabr ayında 40 ədəd F-16 döyüş qırıcıları və özündə mövcud olan qırıcılar üçün 80-ə yaxın modernzasiya vasitələri almaqla bağlı müraciət etmişdi.
Son bir neçə ildə rəsmi Ankaranın Rusiyanın S-400 Hava Hücumundan Müdafiə Sistemləri almasından sonra ABŞ Türkiyəyə sanksiyalar tətbiq etdi və Türkiyəni F-35 proqramından çıxardı. 


Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər