Bütün xəbərlər
Roma Papası Azərbaycanla Ermənistanı sülhə çağırdı
Tarix: 18-09-2022 20:57 | Bölmə: Dünya

                     Roma Papası Azərbaycanla Ermənistanı sülhə çağırdı



Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında son döyüşlərdə həlak olanlara dua edib.
"Qafqazinfo" "Vatikan News"a istinadən xəbər verir ki, Fransisk hər iki ölkəni dialoq və sülhə çağırıb. 
Vatikan papası həmçinin hər kəsdən Ukrayna və müharibədən qana qərq olmuş dünyanın bütün yerləri üçün dua etməyə davam etməyi xahiş edib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər