Bütün xəbərlər
“Ukrayna taxılının yalnız 4,5%-i ən kasıb ölkələrə gedib” - Putin
Tarix: 16-09-2022 22:31 | Bölmə: Dünya

                  “Ukrayna taxılının yalnız 4,5%-i ən kasıb ölkələrə gedib”



"Ukraynadan ixrac edilən taxılın beş faizindən az hissəsi dünyanın ən yoxsul ölkələrinə göndərilib".
"Qafqazinfo" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Ukrayna limanlarını 121 gəmi tərk edib. 120 gəmidən yalnız üçü BMT-nin ərzaq proqramı çərçivəsində ən kasıb ölkələrə göndərilib. Ukrayna ərazisindən ixrac edilən taxılın təxminən 35, bəlkə də bir az çox faizi Avropa ölkələrinə gedib. Yoxsul ölkələrə, dünyanın ən kasıb ölkələrinə deyil. Yalnız 4,5% BMT proqramı çərçivəsində ən yoxsul ölkələrə göndərilib”, - Putin bildirib.
V.Putin qeyd edib ki, Rusiya Ukrayna taxılının ixracını təşkil etmək üzrə öhdəliklərini yerinə yetirir, sövdələşmənin digər iştirakçıları da şərtlərə əməl etməlidirlər.
“Mən bilirəm ki, BMT baş katibi Antonio Quterreş lazımi səyləri göstərir, o, həqiqətən buna çalışır, lakin indiyə qədər buna nail ola bilməyib”, - deyə V.Putin əlavə edib.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər