Bütün xəbərlər
“Rusiya Ukraynada münaqişənin qısa zamanda bitməsi üçün hər şey edəcək” - Putin
Tarix: 16-09-2022 22:21 | Bölmə: Dünya

                  “Rusiya Ukraynada münaqişənin qısa zamanda bitməsi üçün hər şey edəcək”



"Rusiya Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək üçün hər şey edəcək, lakin Kiyev danışıqlardan imtina edir".
"Qafqazinfo" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində Hindistan Baş naziri Narendra Modi ilə görüşündə bildirib.
"Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi və daim ifadə etdiyiniz narahatlığınızı bilirəm. Bunların mümkün qədər tez dayandırılması üçün hər şeyi edəcəyik", - deyə Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Ukrayna rəhbərliyinin danışıqlar prosesindən imtina etdiyini və hərbi yolla öz məqsədlərinə çatmaq istədiyini elan etməsindən təəssüf hissi keçirir. 


Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər