Bütün xəbərlər
Zelenski Kiyevdə qəzaya düşdü
Tarix: 15-09-2022 09:42 | Bölmə: Dünya

                      Zelenski Kiyevdə qəzaya düşdü



Ukrayna Prezidenti Volodimir Zelenskinin korteji Kiyevdə qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov feysbuk hesabında yazıb.
“Kiyevdə Ukrayna Prezidentinin və onu müşayiət edən maşınlar minik avtomobili ilə toqquşub. Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb”, - o yazıb.
Prezident korteji ilə toqquşan minik avtomobilinin sürücüsü isə xəsarət alıb. Prezidenti müşayiət edən həkimlər ona ilkin tibbi yardım göstərib və zərərçəkmişi təcili tibbi yardım maşınına təhvil veriblər.


Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər