Bütün xəbərlər
Kral Bukinqem sarayında belə qarşılandı - Video
Tarix: 09-09-2022 21:53 | Bölmə: Dünya

                 Kral Bukinqem sarayında belə qarşılandı



Böyük Britaniyanın yeni kralı III Çarlz Şotlandiyadan Londona uçub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki,  III Çarlz kraliça-konsort Kamilla Parker Boulzla birlikdə Balmoral qəsrini tərk edərək Bukinqam sarayına gedib.
Onu sarayın qarşısında toplaşan izdiham qarşılayıb. Onlardan bəziləri “God Save the King” mahnısını oxuyublar.
III Çarlz ilk iş günündə anası kraliça II Elizabetin vəfatı ilə bağlı yas tutan xalqa müraciət edəcək. O, həmçinin bu həftənin əvvəlində bu vəzifəyə təyin edilmiş Böyük Britaniyanın yeni Baş naziri Liz Trassla da görüşməyi planlaşdırır.


              


Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər