Bütün xəbərlər
“Sağlam həyat tərzi məsələsində örnək model deyiləm” - Britaniyanın səhiyyə naziri
Tarix: 07-09-2022 19:24 | Bölmə: Dünya

                     “Sağlam həyat tərzi məsələsində örnək model deyiləm”


Böyük Britaniyanın yeni səhiyyə naziri Teriz Koffi hesab edir ki, o, sağlam həyat tərzi məsələlərində özünü “örnək model” adlandıra bilməz.
“Qafqazinfo”nun məlumatına görə, o, bu barədə Britaniyanın LBC radiosunun efirində məlumat verib.
Bundan əvvəl 2016-cı ildə Koffinin də qatıldığı “The Spectator” jurnalının yay əyləncəsi zamanı çəkilmiş bir şəkil Britaniya mediasında və sosial şəbəkələrdə geniş yayılmışdı. Bir əlində yanan siqar, o biri əlində ağ şərabı xatırladan bir stəkan içki tutan siyasətçinin koftasında tökülmüş maye izləri də olub.
Sosial şəbəkələrdə Koffinin səhiyyə naziri təyin edilməsi birmənalı qarşılanmayıb. Əksər istifadəçilər yeni Baş Nazir Liz Trassın bu təyinatını uğursuz seçim adlandırıb.



Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər