Bütün xəbərlər
“İranla nüvə razılaşmasının bərpası üçün təkliflər hazırlanıb” - Borrel
Tarix: 27-07-2022 00:30 | Bölmə: Dünya

                       “İranla nüvə razılaşmasının bərpası üçün təkliflər hazırlanıb”



Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üçün ətraflı təkliflər hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Borrelin “Financial Times” saytında dərc olunmuş məqaləsində deyilir.
Diplomat qeyd edib ki, Vyanada 15 aylıq intensiv danışıqlardan və BHFP iştirakçıları, eləcə də ABŞ-la çoxsaylı müzakirələrdən sonra belə qənaətə gəlib ki, yeni əhəmiyyətli güzəştlər üçün məkan tükənib:
“Bu, ideal razılaşma deyil, lakin tərəflərin böyük çətinliklə əldə etdikləri bütün əsas məsələləri və güzəşləri nəzərə alır”.
Borrel əlavə edib ki, Aİ İran razılaşmasının mübahisəli siyasi məsələ olaraq qaldığı ABŞ-ın narahatlığını bölüşür və həmçinin özünün də İranın insan haqları ilə bağlı vəziyyətindən və Yaxın Şərq regionunda siyasətindən narahatdır. Həmçinin o, bildirib ki, Qərb ölkələrinin sazişi poza biləcək birtərəfli addımlar atması ehtimalı ilə bağlı İranın narahatlığını da anlayır, lakin onun təkliflərinin Tehranı bu cür risklərdən əhəmiyyətli dərəcədə qoruduğuna əmin edir.
Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan BHFP imzalayıblar. Lakin 2018-ci ilin mayında Donald Trampın rəhbərliyi altında ABŞ BHFP-dən çıxır və Tehrana qarşı sanksiyaları bərpa edir. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını bəyan edir. Bu ilin iyununda Vyanada BHFP-nin bərpası və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər