11:39 / 13-08-2022
Tramp həbs oluna bilər
BƏƏ 7 ildən sonra İrana yeni səfir təyin edib
Tarix: 16-07-2022 14:47 | Bölmə: Dünya

BƏƏ 7 ildən sonra İrana yeni səfir təyin edib




Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 7 ildən sonra İrana yeni səfir təyin edib.
APA-nın Tehran bürosu xəbər verir ki, BƏƏ hökuməti başçısının diplomatik müşaviri Ənvər Qarqaş ölkəsinin antiİran oxunun bir parçası olmayacağını bildirib.
Bununla belə, o qeyd edib ki, İranın regiondakı davranışları diplomatik səylərə kömək etmir. Ənvər Qarqaş əlavə edib ki, BƏƏ İranla münasibətləri bərpa etmək üçün Tehrana səfir göndərir.
Qeyd edək ki, BƏƏ-nin 2015-ci ildən Tehranda səfiri yoxdur. Qətər və Küveytlə yanaşı, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və onun müvəqqəti işğalından sonra BƏƏ də etiraz əlaməti olaraq öz səfirini Tehrandan geri çağırmışdı.
Səudiyyə Ərəbistanı ilə ixtilafından sonra Qətər Tehrandakı səfirini geri göndərib, lakin Küveyt və BƏƏ-nin hələ də Tehranda səfirləri yoxdur və münasibətləri aşağı səviyyədədir. BƏƏ hökuməti başçısının müşaviri onu da əlavə edib ki, bu ölkə İrana münasibətdə körpü qurmağa çalışır. İranla qarşıdurma ideyası BƏƏ-nin prioriteti deyil. BƏƏ İranla qarşıdurma xəttini dəstəkləmir.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər
13-08-2022, 11:39 Tramp həbs oluna bilər