Bütün xəbərlər
Zelenski Rusiya ordusunun növbəti hədəflərini açıqladı
Tarix: 20-06-2022 22:55 | Bölmə: Dünya

                  Zelenski Rusiya ordusunun növbəti hədəflərini açıqladı


“Rusiya ordusu Xarkova hücum etmək və Slovyanski ələ keçirmək üçün qüvvələr toplayır”.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 
"İndi rus ordusu yenidən Xarkova hücum etmək üçün qüvvələr toplamağa çalışır. Biz bu bölgəni işğaldan azad etdik. Nikolayev daima bombardman edilir. Onlar Slovyanski tutmaq və tamamilə məhv etmək istəyirlər – müharibədən əvvəl orada yüz min sakin var idi”, - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Ukrayna rusları dayandırmaq və insanları qorumaq üçün əlindən gələni edəcək:
“Ancaq bunu daha sürətli etmək üçün bizə dəstəyə, müasir silahlara ehtiyac var. Rusiya ordusundan daha çox potensiala malik silahlara. Bu, həyati məsələdir”.
 




Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər