Bütün xəbərlər
Rusiyada sanksiyalara görə işsizlik artdı
Tarix: 26-04-2022 21:06 | Bölmə: Dünya

                     Rusiyada sanksiyalara görə işsizlik artdı



Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən edilən yazılı açıqlamada Ukraynadakı müharibə səbəbiylə Rusiyada məşğulluq sektorunda müxtəlif problemlərin yaşandığı vurğulanıb.
“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, federasiya ölkədə işsizliyin yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə çatdığını açıqlayıb.
İlin əvvəlindən müflis olan şirkətlərin sayının 4,5 % artdığı bildirilən açıqlamada, "Rəsmi olaraq qeydiyyatdan keçmiş işsizlərin sayı yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə yüksəlib. Şimali Qafqazda işsizlik ağır vəziyyətdədir”, - deyə bildirilib.
Açıqlamada, Moskvada işsizlik səviyyəsi 2,2 %, Sankt-Peterburqda bunun 1,5 % səviyyəsində olduğu qeyd olunub.
Qeyd edək ki, yüzlərlə beynəlxalq şirkət Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanı tərk etmək qərarına gəlib.



Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər