Bütün xəbərlər
Qırğız musiqiçi terrorçu kimi saxlanıldı, Qazaxıstana nota verildi - Video
Tarix: 09-01-2022 17:26 | Bölmə: Dünya

                   Qırğız musiqiçi terrorçu kimi saxlanıldı, Qazaxıstana nota verildi


Qırğız musiqiçi Vikram Ruzaxunov mitinqdə iştirak etmək üçün Qazaxıstana gəlməsi və terrorçuluqda iştirak ittihamı ilə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, “Sputnik Qazaxıstan” Ruzaxunovdan aldığı müsahibəni yayıb. Müsahibədə musiqiçi naməlum şəxslərin ona zəng etdiyini və 200 dollar qarşılığında Qazaxıstanda etiraz aksiyalarında iştiak etməklə bağlı təlif irəli sürdüklərini deyib. 
Ruzaxunovun terrorçu ittihamı ilə saxlanılmasından sonra Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev açıqlama yayıb. Açıqlamada deyilir:
“O, terrorçu deyil. Sadəcə olaraq, istintaq aparan şəxslər ya səhv ediblər, ya da səhv etmək istəyiblər. Bir daha deyirəm, ölkəmizin xüsusi xidmət orqanlarının rəhbəri kimi məsuliyyətlə bildirirəm ki, o, terrorçu kimi cəlb oluna bilməz. O, sadəcə olaraq yanlış zamanda səhv yerdə olub”.
O bildirib ki, Qırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib: 
“Biz Qazaxıstana nota və bu işlə bağlı bütün məlumatları göndərmişik”.
            



Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər