Bütün xəbərlər
Putin Ərdoğanla Cənubi Qafqazı müzakirə etdi
Tarix: 02-01-2022 22:24 | Bölmə: Dünya

                  Putin Ərdoğanla Cənubi Qafqazı müzakirə etdi



Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilib ki, iki ölkə lideri söhbət zamanı təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya tərəfinin təkliflərini, eləcə də, Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər. 
Bununla yanaşı, tərəflər beynəlxalq gündəmdə olan məsələlər barədə də fikir mübadiləsi aparıblar. 
Həmçinin, Putin və Ərdoğan iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığı gələcəkdə də intensivləşdirmək niyyətlərini təsdiq ediblər.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər