18:57 / 26-11-2021
Əvəz Həsənov vəfat etdi
“Biz müharibədə geri qaldıq” - Sarkisyandan etiraf
Tarix: 08-10-2021 05:58 | Bölmə: Dünya

                    “Biz müharibədə geri qaldıq”


“Ermənilər 2020-ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarmalı və gələcəkdə dövləti gücləndirmək və inkişaf etdirmək üçün bütün potensialdan istifadə etməlidirlər”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan Romada erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, 2020-ci il müharibəsində Azərbaycan bütün resurslarından – neft, qaz, ordu və hətta Türkiyənin yardımından istifadə etdi. Bu məsələdə silah və texnika rol oynadı və erməni tərəfi geri qaldı.
Sarkisyan əlavə edib ki, müharibənin nəticələri bu günə qədər hiss olunur:
“Əlbəttə, biz nəyin səhv olduğunu danışmalıyıq. Məsul şəxslər bu müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etmək olan məsul şəxslər var”, - deyə Sarkisyan qeyd edib.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər