Bütün xəbərlər
Fələstinli ömürlük məhkumlar İsrail həbsxanasından belə qaçdı - Fotolar
Tarix: 06-09-2021 23:46 | Bölmə: Dünya

                    Fələstinli ömürlük məhkumlar İsrail həbsxanasından belə qaçdı

Ömürlük həbsə məhkum edilmiş və İsrailin Gilboa həbsxanasında cəza çəkən 6 fələstinli tunel qazaraq qaçıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qaçan məhbuslar 26-49 yaş aralığındadır. Qaçanlar Zəkəriyyə əz-Zəbidi, Yaqub Nufeyat, Məhəmməd Qasım əl-Arıda, Yaqub Mahmud Qədri, Eyhem Fuad Kemamci, Mahmud Abdullah əl-Arıdadır. Onlar “İslami Cihad” və “Əl-Aksa şəhidləri” təşkilatlarının üzvləridir. Onların qazdıqları tunel 10 kilometr uzunluqda olub.
Hazırda helikopterlər və dronlar vasitəsilə qaçan fələstinlilərin axtarışları aparılır.
Qeyd edək ki, Gilboa həbsxanası irlandiyalı mütəxəssislərin nəzarəti ilə tikilib və 2004-cü ildə açılıb. Həbsxanada nəzaərtin güclü olduğu bildirilir.















Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər