12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Rusiyada etirazla qarşılanan bu qərar ləğv olundu
Tarix: 17-07-2021 10:35 | Bölmə: Dünya

                   Rusiyada etirazla qarşılanan bu qərar ləğv olundu


“İyulun 19-dan Moskvada restoran və kafelərə daxil olmağa icazə verən QR-kod sistemi ləğv olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin açıqlayıb. O bildirib ki, koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığından və vaksinasiya templəri artdığından belə bir qərar qəbul edilib.
Qeyd edək ki, iyunun 28-dən etibarən Moskva və Moskva ətrafı rayonlarda restoran, kafe və barlara daxil olmaq istəyən şəxslər vaksin qəbul etdiyini, xəstəlik keçirdiyini və yaxud bu yaxınlarda PCR-test etdirdiyini təsdiq edən QR-kodlar təqdim etməli idi.
Ölkə rəhbərliyi QR-kodların məcburi olmasını məhdudlaşdırıcı tədbirlərin başlamasına bir həftədən az müddət qaldığı zaman, yəni iyunun 22-si elan etmişdi. Bu qərar texniki cəhətdən hazırlığı çatdıra bilməyən kafe sahibləri və vaksin qəbul etməmiş sakinlər tərəfindən etirazla qarşılanmışdı.



Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər