12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ərdoğan etirazlardan sonra rektoru işdən çıxardı
Tarix: 16-07-2021 15:08 | Bölmə: Dünya

                    Ərdoğan etirazlardan sonra rektoru işdən çıxardı


Türkiyənin Boğaziçi Universitetinin rektoru Melih Bulu vəzifəsindən azad edilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb. Bununla da universitetdə 6 aydan artıqdır davam edən aksiyalar, evə basqınlar, həbslər dövrü başa çatıb. 
Qeyd edək ki, Ərdoğanın 2021-ci ilin yanvar ayında Melih Bulunu Boğaziçi universitetinə rektor təyin etməsinin ardından ali təhsil müəssisəsini etirazlar dalğası bürüyüb. Belə ki, universitetin elmi işçiləri və tələbələri Melih Bulunun rektor olaraq təyin olunmasına qarşı etiraz aksiyaları, yürüşlər təşkil edirdilər. Onlar universitet ənənəsinə uyğun olaraq rektorun Boğaziçi Universitetində professor olması lazım olduğunu müdafiə edirdilər.
Yeni rektor vəzifəsində yalnız 194 gün qala bilib. Universitetə Bulunun köməkçisi Mehmet Naci İnci müvəqqəti olaraq rəhbərlik edəcək.



Baxış sayı: 399


Bölməyə aid digər xəbərlər