Bütün xəbərlər
Psaki Ağ Ev tarixində ən yüksək əmək haqqı alan məmurdur
Tarix: 05-07-2021 02:37 | Bölmə: Dünya

                 Psaki Ağ Ev tarixində ən yüksək əmək haqqı alan məmurdur


Ağ Evin mətbuat katibi Cen Psaki ilə 180 min dollar əmək haqqı alır və o, bu məvaciblə prezident administarasiyası tarixində ən yüksək maaş alan məmurlardan biridir.
Bu barədə "The Daily Mail" məlumat yayıb.
Ağ Evdən Konqresə göndərilən maliyyə hesabatında qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden administrasiyasının 567 əməkdaşının illik əmək haqları ümumilikdə 49,6 milyon dollar təşkil edir.
ABŞ prezident administrasiyasında qadınların orta əmək haqqı 93 752 dollar, kişilərdə isə 94 639 dollar təşkil edir.
Hesabatda həmçinin qeyd olunur ki, Ağ Evin idarəetməsində qadınlar faiz nisbəti ilə (56 faiz) kişilərdən daha çoxdular. (oxu.az)


Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər