Bütün xəbərlər
Bill Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Tarix: 16-05-2021 01:55 | Bölmə: Dünya

                      Bill Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi



“Microsoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.
Bu barədə Unikal.org “Bloomberg” nəşrinə istinadən yazır.
Qeyd olunub ki, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.
Xatırladaq ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.


Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər