12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Türkiyə XİN-dən Baydenin açıqlamasına - Reaksiya
Tarix: 24-04-2021 20:55 | Bölmə: Dünya

                  Türkiyə XİN-dən Baydenin açıqlamasına


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin işlətdiyi qalmaqallı “soyqırımı” ifadəsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, XİN bu açıqlamanı rədd edib.
“ABŞ prezidentinin radikal erməni çevrəsi ilə Türkiyə əleyhinə olan qrupların təzyiqi altında 24 aprel tarixində 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və rədd edirik.
Sözügedən açıqlamanın mövzuya dair elmi və hüquqi bir təmələ, tapıntıya əsaslanmadığı ortadadır. 1915-ci il hadisələri ilə əlaqədar olaraq beynəlxalq hüquqda müəyyən edilmiş “soyqırımı” ifadəsinin işldilməsi üçün lazım olan şərtlərin heç biri mövcud deyil.
1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin konyuktural siyasi motivlərinə və ya daxili siyasi mülahizələrinə görə dəyişməz. Belə bir yanaşma tarixin yalnız kobudcasına təhrif edilməsinə xidmət edər”.
Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq ifadə edib. Digər tərəfdən, Türkiyənin o dönəmə dair elmi həqiqətlər işığında ədalətli bir yaddaşın formalaşdırılması istiqamətində 2005-ci ildə Birgə Tarix Komissiyasının qurulması təklifi də, erməni tərəfi buna yanaşmasa da, bu gün hələ də keçərliliyini qoruyur”.



Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər