12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bayden “erməni soyqırımı” ifadəsini işlətdi - Türkiyədən sərt reaksiya
Tarix: 24-04-2021 20:45 | Bölmə: Dünya

                Bayden “erməni soyqırımı” ifadəsini işlətdi


ABŞ Prezidenti CO Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.
“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, bu ifadəni günahlandırmaq üçün yox, təkrarlanmasın deyə işlədir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qalmaqallı ifadə ilə bağlı tvitter hesabında paylaşım edib.
“Kəlmələr tarixi dəyişdirə bilməz, yenidən yaza bilməz.
Tariximiz haqqında kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir.
Tək söykənəcəyi populism olan bu açıqlamanı bütünlüklə rədd edirik”.
Qeyd edək ki, Bayden bu ifadəni işlədən ilk ABŞ prezidentidir.



Baxış sayı: 389


Bölməyə aid digər xəbərlər