23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
İranda koronavirusun dördüncü dalğası başladı
Tarix: 03-04-2021 21:06 | Bölmə: Dünya

                İranda koronavirusun dördüncü dalğası başladı


“İranın iki vilayətində koronavirus pandemiyasının dördüncü dalğası başlayıb”.
“Qafqazinfo” İran KİV-ə istinadən xəbər verir ki, bunu Koronavirusla Milli Mübarizə Şurasının iclasında İran Prezidenti Həsən Ruhani deyib.
O, xalqa sağlamlıq protokollarına riayətlə bağlı xəbərdarlıq edib:
“Əgər bu protokollara əməl edilməsə, bu, başqa vilayətlərə də yayılacaq. Novruz bayramı ilə əlaqədar alış-verişlər, səyahətlər bizi problemlərlə qarşı-qarşıya qoya bilər.
Virus mutasiyaya uğradı. Böyük Britaniya, Braziliya və Cənubi Afrika ştammları ortaya çıxdı. Bunlar daha təhlükəlidir”.
Prezident qeyd edib ki, “qırmızı” və “narıncı” olaraq müəyyənləşdirilən yüksək riskli vilayətlərdə kütləvi dini ibadətlər, tədbirlər yasaqlanıb, ancaq “sarı” və “mavi” yerlərdə sağlamlıqla bağlı tələblərə əməl etməklə, bunlara icazə verilə bilər.
İran prezidenti COVID-19-un dördüncü dalğasının başladığı vilayətlərin adlarını açıqlamayıb. Ancaq yerli media bu ərazilərin İraq sərhədindəki İlam və Tehrana yaxın Elburz vilayətləri olduğu yazılıb.


Baxış sayı: 866


Bölməyə aid digər xəbərlər
7-03-2024, 21:53 İsveç NATO-ya üzv oldu