Bütün xəbərlər
Anasının cəsədini 30 il bareldə saxladı - Səbəbi isə...
Tarix: 21-02-2021 22:16 | Bölmə: Dünya

                 Anasının cəsədini 30 il bareldə saxladı -Səbəbi isə...



Cənubi Koreyada evlərin birində  30 il əvvəl dünyasını dəyişmiş qadın cəsədi aşkar edilib.  
Unikal.org xəbər verir ki, hadisə Dongdaemun bölgəsində qeydə alınıb. Koreyalı iş adamı evinin təmizliyi üçün şirkətlə əlaqə saxlayıb.  Qısa zamanda təmizlik şirkəti işçilərini şəxsin evinə göndərib.  İşçilər təmizlik işləri apararkən evin altında barel tapıblar.  Pis qoxu gəldiyi üçün bareli açıblar. Belə ki, işçilər bareldə insan cəsədi görüblər.
Polis və aidiyyatı qurumlar hadisə yerinə gəlib. Tibbi ekspertiza zamanı qadının ev sahibinin anası olduğu məlum olub. İş adamının polislərə ilkin açıqlamasında, anasını çox sevdiyi üçün onu öldürdüyünü və dəfn etmədiyini bildirib.  Şəxsin barəsində cinayət işi açılıb. 

 


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər