Bütün xəbərlər
Kraliçanın əri xəstəxanaya yerləşdirildi
Tarix: 18-02-2021 01:12 | Bölmə: Dünya

                      Kraliçanın əri xəstəxanaya yerləşdirildi


İngiltərə kraliçası II Elizabetin əri, Edinburq hersoqu, şahzadə Filipp xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 99 yaşlı şahzadənin koronavirusla əlaqədar olaraq xəstəxanaya yerləşdirilmədiyi bildirilib.
Hazırda hersoq Kral VII Edvard Xəstəxanasıdadır. Xəstəxananın açıqlamasına görə, şahzadə profilaktik tədbir olaraq tibbi nəzarətdə saxlanılır.
Qeyd edək ki, Şahzadə Filipp həyat yoldaşı Kraliça II Elizabetlə birlikdə yaxın zamanda koronavirus vaksinasiyasından keçmişdi.





Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər