Bütün xəbərlər
Vaşinqtonda Cozef Baydenə yaxınlaşmaq istəyən silahlı qadın saxlanılıb
Tarix: 15-02-2021 09:44 | Bölmə: Dünya

   Vaşinqtonda Cozef Baydenə yaxınlaşmaq istəyən silahlı qadın saxlanılıb


ABŞ-ın polis əməkdaşları Ağ Ev yaxınlığında maşınında doldurulmuş tapança aşkarlanan qadını saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən 
“Fox News” telekanalı bildirib.
Polis əməkdaşlarının dediyinə əsasən, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsi vasitəsilə ABŞ prezidenti iqamətgahının hasarlanmış ərazisinə girməyə çalışıb. O, iddia edib ki, guya Amerika lideri Cozef Baydenə hansısa yazılı müraciəti verməyə hazırlaşır.
Asayiş keşikçiləri onun Ağ Ev yaxınlığında yerləşən avtomobilində axtarış zamanı tapança aşkarlayıblar. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib. O, qeydiyyatsız silah gəzdirmə səbəbindən saxlanılıb və ABŞ dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi Xidmətinə verilib.


Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər