12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı
Tarix: 22-01-2021 23:51 | Bölmə: Dünya

Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı



Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Torosyan əvvəlcə məzuniyyət haqqında ərizə yazaraq, Polşaya gedib və bildirib ki, daha qayıtmayacaq. Onun gedişi çoxları üçün gözlənilməz olub, amma mərkəzdəki mənbələr bildirib ki, koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanıb. Torosyan buna görə belə addım atıb.
Qeyd edək ki, Ermənistanda yoluxucu xəstəliklər üzrə bütün məlumatları məhz Torosyan təqdim edirdi və COVID-19 və onun profilaktikası, yayılma vəziyyəti haqqında vətəndaşları məlumatlandırırdı.



Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər