Bütün xəbərlər
Hidayət Heydərov Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Tarix: 16-12-2017 21:58 | Bölmə: Digər

                         

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" yarışına start verilib.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.
Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.


Baxış sayı: 793


Bölməyə aid digər xəbərlər