23:35 / 27-10-2026
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
23:32 / 27-10-2026
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
23:17 / 27-10-2026
Britaniyalı nazir keçmiş müstəmləkələrin təzminat tələblərini rədd etdi
23:13 / 27-10-2026
Tramp Konqres seçkilərinin ədalətli olacağı təqdirdə nəticələrini tanıyacağına söz verdi
23:09 / 27-10-2026
"NY Times": ABŞ RDIF-ə qarşı sanksiyaları ləğv edə bilər
23:06 / 27-10-2026
Braziliya Prezidentinin rəqibi ABŞ-a qaçdı
23:01 / 27-10-2026
Cənubi Koreya xarici işlər naziri Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsini istisna etmir
15:43 / 27-10-2026
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
15:36 / 27-10-2026
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
15:19 / 27-10-2026
Hollandiya genişmiqyaslı hərbi münaqişəyə hazırlıq çağırışı edib
15:16 / 27-10-2026
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
15:13 / 27-10-2026
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
15:09 / 27-10-2026
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı
Tarix: 27-10-2020 00:07 | Bölmə: Digər
Sentyabrın 27-dən etibarən Ermənistanın işğal etdiyi torpaqları bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. “Qafqazinfo” xəbər verir ki, məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. 30 ildir ki, mövcud duruma səssiz qalanlar indi hərbi əməliyyatların dayandırılmasıyla bağlı bəyanatlar verirlər.
Azərbaycan isə baza prinsipləri əsasında Ermənistanın “vaxt cədvəli”ni təqdim etməklə münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq məlum olub ki, bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı Azərbaycana növbəti siyasi təzyiq edilib.
Ötən gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə bu məsələyə toxunub. Prezident vurğulayıb ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Həmin iclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülüb: “Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılmalıdır.
Bu günlərdə təqdim edilən layihədə isə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz edib. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilib. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var.
Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq”.
Azərbaycanın müzəffər Ordusu BMT-nin qətnamələrini bu gün döyüş meydanında özü yerinə yetirir. Milli Məclisin deputatı Erkin Qədirli də mövzu ilə bağlı bildirib ki, Qubadlının geriyə alınmasıyla 874 saylı qətnamə artıq yerinə yetirilib: “874 saylı qətnaməyə Füzuli və Cəbrayıl rayonları da daxildir: “Bundan əvvəl 884 saylı qətnamə aktuallığını itirmişdi (Zəngilan). İndi 853 saylı (Laçın və Ağdam) və 822 (Kəlbəcər, Şuşa, Xoçalı və s.) yerinə yetirilməsi qalır”.
Bu arada bildirək ki, ATƏT-in həmsədrlərinin 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasını, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail olub.
Bəyanatlarda isə söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Belə ki, bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi Ermənistanın “vaxt cədvəli” əsasında işğal etdiyi torpaqlardan çıxarılmasıyla bağlı bənd bəyanatda öz əksini tapıb.
Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir.
Ancaq ölkə Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir: “Bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var”- Ali Baş Komandan qeyd edib.
Reallıq isə ondan ibarətdir ki, oktyabrın 10-dan etibarən 3 dəfə humanitar atəşkəs əldə edilməsinə baxmayaraq hər üç atəşkəs Ermənistan tərəfindən kobud sürətdə pozulub. Sonuncu dəfə bu gün əldə edilmiş atəşkəs rejimi də səhər saat 08:00-dan Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə pozulub. Belə ki, Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələri və Tərtər şəhəri və rayonun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Həmçinin Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının da əraziləri düşmən tərəfindən atəşə tutulur.
Prezidentin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, hazırda Azərbaycan tərəfi təmkin nümayiş etdirir: “Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir”.
Ermənistan tərəfindən 3-cü dəfə pozulan humanitar atəşkəsə Azərbaycan qətiyyətlə cavab verəcək.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl açıqlamasında baza prinsiplərini rədd etdiyini bəyan etmişdi. O, çıxışında Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını bildirmişdi. Rusiyaya xəyanət edərək Qərbə üz tutan Nikol Paşinyan bu dəfə də danışıqlar üçün Amerika Birləşmiş Ştatlarına yalvardı. Amma yenə də danışıqlarda əldə edilmiş humanitar atəşkəslə bağlı bəndə əməl etmədi.
Baxış sayı: 471
Bölməyə aid digər xəbərlər