23:27 / 11-11-2025
Rusiya cavab olaraq 30 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib
23:17 / 11-11-2025
Vüqar Rəhimzadə: "Hərbi parad dövlətimizin gücünün, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının əyani göstəricisi oldu"
21:38 / 11-11-2025
Dejan Stankoviç "Spartak Moskva" Futbol Klubunun baş məşqçisi vəzifəsindən ayrılıb
21:35 / 11-11-2025
17 yaşlı oğlanı qaçıran iki kişi həbs edilib
21:32 / 11-11-2025
Polşanın Müstəqillik Gününü qeyd etmək üçün Varşavada təxminən 100.000 insan yürüş etdi
21:30 / 11-11-2025
Mixeyev: "Kiyev və Qərb kəşfiyyat orqanları Avropada və ABŞ-da terror hücumları həyata keçirməyə qadirdir"
21:25 / 11-11-2025
Putin və Tokayevin Kremldə görüşü başlayıb
19:23 / 11-11-2025
Lavrov: "Britaniyalıların "MiG-31" ilə bağlı təxribat cəhdindən necə təmizlənəcəyi bəlli deyil
19:20 / 11-11-2025
Rüşvət verməyə cəhd etdiyinə görə həbs edilib.
19:15 / 11-11-2025
Türkiyə Müdafiə Nazirliyi: Gürcüstanda qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçi olub
19:12 / 11-11-2025
Bir məktəbli sinif yoldaşını bıçaqla hədələyərək üzünə yumruq vurub
19:10 / 11-11-2025
"Bloomberg": Avropa ölkələri "Lukoil"in aktivləri uğrunda mübarizəyə qoşulub
10:21 / 11-11-2025
Ukrayna millətçilərini maliyyələşdirən şəxs məhkəmə qarşısına çıxarılacaq
10:19 / 11-11-2025
Əl-Şaraa 11 sentyabr 2001-ci il terror hücumunda iştirakını təkzib etdi
09:55 / 11-11-2025
Eramızdan əvvəl 3-cü minilliyə aid bir ziyarətgah aşkar edilib
09:52 / 11-11-2025
FSB: Bellingcat Kiyevə "Kinjal" raketi ilə silahlanmış "MiG-31" təyyarəsini qaçırmaq cəhdində kömək edib
09:48 / 11-11-2025
FSB: "MiQ-31" təyyarəsinin qaçırılması ilə bağlı təxribat Britaniya kəşfiyyatının nəzarəti altında planlaşdırılıb
09:45 / 11-11-2025
Tokayev Rusiya ilə Qazaxıstan arasındakı tərəfdaşlığı Avrasiyada təhlükəsizlik üçün vacib amil adlandırdı
09:42 / 11-11-2025
Məktəb avtobusu yanıb; xəsarət alan yoxdur
09:39 / 11-11-2025
Politoloq Şapovalov: "NATO "MiQ-31" təyyarəsinin qaçırılması ilə bağlı təxribatı Rusiyaya qarşı istifadə edir
09:35 / 11-11-2025
Sosial mərkəz xəstəsinin əllərinin amputasiyası ilə bağlı cinayət işi açılıb
00:32 / 11-11-2025
Vüqar Rəhimzadə: "Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız"
00:25 / 11-11-2025
“Xudayar, Zəngilandayıq, salam de” - Video
23:41 / 10-11-2025
NNA: Qəddafinin oğlu 10 ildən sonra Livan həbsxanasından azadlığa buraxılıb
20:56 / 10-11-2025
Bir mülki şəxs və "Orlan" bölməsinin bir üzvü dron hücumları nəticəsində yaralanıb
20:47 / 10-11-2025
Karpin: "Barinov milli komandada oynamayacaq, Safonov isə birbaşa Sankt-Peterburqa uçacaq"
20:42 / 10-11-2025
Primorski diyarında "Nalivkin"ə qızıl abidə ucaldılıb
20:35 / 10-11-2025
Ekspert Zavyalov: "İran və Rusiya arasında Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) Süveyş Kanalına alternativ olmayacaq"
20:31 / 10-11-2025
Tramp bağlanmada iştirak etməyən hava nəqliyyatı dispetçerləri üçün 10.000 dollar bonus təklif etdi
20:27 / 10-11-2025
Moskva Şəhər Məhkəməsi Mixail Xaçaturyanın qızlarına qarşı cinayət törətdiyini müəyyən etdi
19:10 / 10-11-2025
Sarkozi azadlığa buraxıldıqdan sonra evə qayıdıb
19:07 / 10-11-2025
Avtomobil partlayışı nəticəsində səkkiz nəfər həlak olub
19:04 / 10-11-2025
Binada qaz partlayışında iştirak edən şəxs saxlanılıb
16:21 / 10-11-2025
Baqajında 7000 sansar quyruğu olan əcnəbi hava limanında saxlanılıb
16:18 / 10-11-2025
Sinxron üzgüçü Romaşina Rusiya milli komandasının baş məşqçisi olmaq imkanına görə minnətdarlığını bildirib
16:13 / 10-11-2025
Uşağın lift şaxtasına düşməsi videoya çəkilib
16:11 / 10-11-2025
Misir Prezidenti əs-Sisi Şoyqu ilə görüşdə Putinə salamlarını çatdırdı
16:07 / 10-11-2025
Sərnişin relslərə yıxılaraq ölüb
PARADA DÜZÜLMÜŞ MİSRALAR-Ramiz QASIMOV
Tarix: 15-10-2020 01:53 | Bölmə: Digər

Vətənin döyüşkən, əsgər şairi olan Xalq şairi Məmməd Arazın yaradıcılığında xalqımızın taleyi ilə bağlı hər bir məsələyə rast gələ bilirik. Məmməd Araz yaradıcılığı öz mübarizə və döyüş təbiri ilə böyük Vətən uğrunda savaşa çıxan bir ordunu xatırladır. Onun “Vətən!” – deyə hayqıran misraları ali tribunanın önündən keçən hərbi parada düzülmüş əsgərləri xatırlatmaqdadır. Xalq şairinin lirik məni isə bu ordunun önündə gedən əyilməz komandan təsirini bağışlayır. Bu mənada Xalq şairi Məmməd Arazın vətəndaşlıq himnləri sayılan misraları o günlərdə yazılmasına baxmayaraq, bu gün üçün çox aktual səslənir. Bu günŞanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etmək istiqamətində göstərdiyi rəşadət və qəhrəmanlıq hadisələri fonunda Məmməd Arazın mübarizə ab-havalı, milli qeyrət, qürur və heysiyyət dolu misraları cəngi kimi səslənir. Xalq şairinin “İndi bizim ölümlə Çarpışan çağımızdır”, “Bu gün gərək hər anımız Vətən desin”, “Bizi Vətən çağırır”, “Qalx ayağa, Azərbaycan”, “Ata millət, ana millət, ağlama” və başqaları kimi çoxsaylı şeir və misraları irəli atılan bir əsgərin, Vətən üçün can fəda edən hər bir şəhidin hayqırtısı, çağırışları təsirini bağışlayır.
XX əsrin sonlarına doğru öz azadlıq, müstəqillik idealları uğruna mübarizəyə qalxmış Azərbaycan xalqının taleyinə yazılmış Qarabağ problemi Xalq şairi Məmməd Arazın yaradıcılığında özünə başlıca yer alıb. Bu mövzuda şairin yazdığı “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, eləcə də “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri həm də milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndir. Əsərlərində qüvvətli mübarizə idealı olan milli məsələlərin güclü ifadəçisi ustad şair Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində bu mübarizə əzmini qoruyaraq “Ayağa dur, Azərbaycan” əsərində “Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim. Neçə “səni”, neçə “məni” xilas edim” kimi misralarla babalardan gəlmə döyüş və mübarizə qeyrətini, vətən sevgisini nümayiş etdirmişdir. “Ağlamağın yeri deyil, ağlama” adlı şeirində övlad itkisindən bağrı yanan şəhid anasına müraciət edən şair şəhid anasının ağlamağına millətin sınması kimi yanaşaraq ürək-dirək verirdi:
Bu döyüşdü - əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda “bizik”, nə “mən” vardır, nə “sən” var.
Yox, ağlama, ana millət, ağlama!
Qorxuram ki, sına millət, ağlama.
Məmməd Araz heç kimin heç kimdən fərqli olmadığı milli mübarizə, həmrəylik və birgə savaş dövrünə uyğun olaraq şəhid anasına, şəhid atasına müraciətlə səslənir, anaların, ataların ağlamağını millətin mənəvi sınıqlığı kimi təqdim edirdi.
Qeyd edildiyi kimi, xalq şairinin “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər qaçqınlarına” və başqa əsərləri məhz bu dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrdir. Məmməd Araz mövzusu nə olursa olsun, Azərbaycan həyatından, taleyindən, dərdindən, sevincindən yazaraq yenə də bir ideala – Azərbaycanın bütövlüyü və azadlığı idealına xidmət etmişdir. Elə dünyanın qəribə gərdişindən, artan problemlərindən, dərd-sərindən bəhs edən “Ya rəbbim, bu dünya sən quran deyil” əsərində də əsas motivlər “Ya rəbbim, bizlərə qaytar bizləri”, “Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən” kimi fikirlər üzərində qurulmuşdur. Vətəndaş şair: “Ya Rəbbim, sərhədlər sən görən deyil! Bu sədlər, bu dünya sən hörən deyil!” deyərək daha böyük məsələlərə - Azərbaycan xalqının işğal altına alınan tarixi, dədə-baba ərazilərinə, yeni dünyada gedən işğalçılıq missiyalarına, sərhədlərin yenidən müəyyənləşdirilməsi hadisələrinə diqqət çəkir.
Şair köhnə əsrin yeni dövrünün problemlərini birər-birər öz əsərlərində dilləndirir. “Əsrin yalanları, əsrin vədləri”, “Dilənçi qaçqın”, “Nişançı özümüz, hədəf özümüz”, “Yaşamaq budurmu”, “Qoş məni dağ küləyinə”, “Bu insan adlanan insan”, “Düşmən qabağından qaçan “kişilər”” və digər əsərlər öz problemləri ilə şairin yaradıcılığında görünür, bəzən bir giley, bəzən bir nalə, bəzən də dəli bir qəzəb, hiddət, nifrət səsi olaraq eşidilir. “Şəhidlərin çoxu mərdlər, Namərdlər artır, ay Allah” deyən şair “düşmən qabağından qaçan “kişilər””dən də dərdli yara açır, ikrah və yanğı dolu fikirlərini dilə gətirir:
Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan.
Tökdü namusunu it qabağına,
Düşmən qabağından qaçan kişilər.
...Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır,
Döyüş meydanından qaçan kişilər, – deyə düşmən qabağından qaçmağı Azərbaycan-türk övladına, Oğuz igidinə yaraşdırmır.
Söz yox, Xalq şairi vətənin dar günündə, döyüş vaxtında, mübarizə məqamında birliyi, elliklə mübarizəni haqq bilir. Öz vətəninə, torpağına sahib çıxmağa qeyrəti çatmayan insanları da lənətləyirdi. “Şəhidlərin çoxu mərddir” deyən Xalq şairi mərdliyi, mübarizliyi diqqətə çatdırırdı, Şəhidlik – qeyrətdir, kişilikdir, qəhrəmanlıqdır düşüncəsini şüara çevirirdi.
İdeya-estetik meyarları ilə Xalq şairi Məmməd Araz, sözün əsl mənasında, istiqlal şairi və haqq-ədalət carçısı idi. Onun cəsarətlə deyilmiş sözləri konkret dövrün problemlər və qayğılar panoramasını təqdim edən qiymətli ədəbi nümunələrdir. O, birlik, həmrəylik, haqq-ədalət, doğruluq, mübarizlik əxz edən əsərlərilə ictimai fikrin saflaşmasına və fərdlərin şəxsiyyətcə milli dirçəlişinə, tərbiyəsinə xidmət edirdi. Onun əsərləri, bir sözlə, Azərbaycan xalqı və torpağının tarixi taleyi, müqəddəratı və istiqlaliyyətinə həsr olunub. Milli mental dəyərləri əks etdirməklə həm də təbliğ edən Məmməd Araz poeziyası bütün vüsətilə azərbaycançılıq dərsi və dərsliyidir. Məmməd Araz tənqid edirsə, təqdir ediləni təbliğ edir, bu vəsilə ilə onun yaradıcılığında bütün varlığı ilə Azərbaycan boy atır. “Bütün keçilməzliyi, Vətən, adınla keçdim, Haqqın var yaşamağa, Haqqın var, Məmməd Araz” deyən Xalq şairinin Vətəndən başqa ünvan tanımayan yüksək dəyərlər və ideallar poeziyasına tamamilə haqq qazandırmaq olar.
Şair “Bura Naxçıvandır” şeirində də bu ulu yurda tamah salıb göz dikənlərin iştahasına zəhər qatır, tarixən xalqın düşmənə bir dərs vermiş olur:
Bura Naxçıvandı, Naxçıvan.
Bu torpağın daşına da hürən olub,
Qumunu da, külünü də eşən olub.
Tüstümüzə, odumuza hürən olub.
Soyumuza, adımıza hürən olub.
Qəlpə-qəlpə daş qoparıb
məqam tapıb.
Yurdumuzun daşlarından.
Yalaq əkmək səriştəli –
qara əllər,
Böhtan əkmək səriştəli –
ara əllər.
Marıqdadır düşmən hələ,
Qorxur, qorxur Zəngəzurun
Sahibləri qəfil gələr.
Bazarçayın, Zəngiçayın,
Qaragölün, Üçtəpənin,
İşıqlının, İşıqların,
Göyçənin, Göyçəgölün
Sahibləri birdən gələr.
Göründüyü kimi, vətənpərvər şair Məmməd Araz Naxçıvana göz dikən, tamahı başına bəla olan mənfur düşmənlərin hiylə, amal, kələklərini də unutmayıb, gələcək həmvətənlərini xəbərdar edib. Vətənpərvər şair onların müxtəlif vaxtlar xalqımızdan, vətənimizdən qopardıqları dədə-baba torpaqlarını yad edir, düşmənin alınmış bu torpaqlar üstündə səksəkə içində “yaşadığını”, keçirdikləri qorxu və təlaşı poetik ustalıqla təqdim edib. Adıgedən şeir 1999-cu ildə, yəni Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunduğu, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında müstəqilliyin möhkəmləndirildiyi, dövlətçiliyin inkişaf etdirildiyi bir dönəmdə havadarlarına arxalanaraq Azərbaycan torpaqarını işğal altında saxlayan, sərsəm iddialarla çıxış edən mənfur ermənilərin yeni hiylələrinə cavab olaraq yazılıb. Vətən övladlarına hayqıraraq səslənən istiqlal şairi Məmməd Araz bu əsərində də müraciət bildirən misraları ilə yeni nəsilləri oyaq və ayıq olmağa çağırıb:
Vətən oğlu, gözün yatsa,
Kirpiyini ayıq saxla.
Hənirtini ayıq saxla.
Nəfəsini ayıq saxla.
“Naxçıvana gəlib Şahbuz dağlarından ona baxmasam, bizim olub “bizim olmayan” Ermənistan dağları ilə çiyin-çiyinə oturmasam, hesabdan deyil”, - deyə ifadə etdiyi fikirlərlə də el birliyi ilə hamını fəal mübarizəyə səsləmiş, indiki Ermənistanın dədə-baba torpaqlarımız olan İrəvanın üzərində qurulduğunu gələcək nəsillərin diqqətinə çatdırmışdır.
Ümumiyyətlə, Xalq şairi Məmməd Araz özünün vətən məzmunlu şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsinin təbliği və Azərbaycan istiqalılana görkəmli xidmət göstərmiş əbədiyaşar sənət adamıdır. Onun “Ayağa dur, Azərbaycan” və başqa şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Ədibin “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndirlər.
Beləliklə, Məmməd Araz sənəti və sənətkarlığı əbədi və ədəbi bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Bu bir həqiqətdir ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının Vətən və vətəndaş şairidir. Onun yaradıcılığı ilk sözündən tutmuş son sözünə qədər vətən üzərinə deyilmiş vətəndaş nəğmələridir. Şübhəsiz ki, yeni nəsillər bu görkəmli xalq şairinin əsərlərini sevə-sevə oxuyacaq, onun vətəndaşlıq qayəsi ilə zəngin ədəbi-bədii irsindən mənəvi qida, estetik zövq, tərbiyə alacaqlar. Elə Xalq şairinin “Bizi Vətən çağırır” şeiri də məhz bu günümzdə - torpaqlarımızın işğldan azad edildiyi bir vaxtlarda Komandan əmri, əsgər andı, şəhid harayı, qazi nəsihəti kimi səslənir:
İndi bizim ölümlə,
Çarpışan çağımızdı.
Ölümün boğazından,
Yapışan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
…Bu yolda əyilənə:
“Ölüm haqdı”, - deyirik.
Əbədi məzarımız
bu torpaqdı, deyirik.
Vətən göyü dəyişməz
Göy bayraqdı, deyirik.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
…Gücünə qəzəbini,
zəhmini də qata bil,
Düşmənin marığında
pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bizi Vətən çağırır!!!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Sabaha-inamla.az

Baxış sayı: 630
Bölməyə aid digər xəbərlər