Bütün xəbərlər
Bir nəfər bankda girov götürülüb
Tarix: 07-01-2025 14:21 | Bölmə: Cəmiyyət

Almaniyanın Rimbax şəhərində bir nəfər banka hücum edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə o, ən azı bir nəfəri girov götürüb. Onun tələbləri hələlik məlum deyil.
Hadisə barədə Cənubi Hessen polisinin sosial media hesabında məlumat verilib.
“Rimbaxdakı Rathausstrasse-dəki bank filialında polis əməliyyatı aparılır, bu səhər yerli vaxtla saat 8.00-da (Moskva vaxtı ilə 10.00) bir adam filiala girib”, - deyə, nəşr yazır ki, ən azı bir nəfər onun iradəsinə zidd olaraq saxlanılır”.
Eyni zamanda polisin mətbuat xidməti qeyd edir ki, çoxlu sayda polis əməkdaşı hadisə yerindədir. O cümlədən xüsusi əməliyyatçılar.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər