Bütün xəbərlər
Onu soyan məşuqəsini evlənməyə dəvət edib
Tarix: 25-12-2024 19:36 | Bölmə: Cəmiyyət

Daha əvvəl məşuqəsinin ondan 2,5 milyon rubl oğurladığını bildirərək polisə müraciət edən Lipetsk vilayətinin Usmanski rayonunun sakini qadını bağışlayaraq ona evlilik təklifi edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı bəy yenidən asayiş keşikçilərinin yanına gələrək evləndiklərini deyib və o, ifadəni isti-isti yazıb.
Lakin bu, gəlini cinayət məsuliyyətindən xilas edə bilmədi: o, təqsirli bilinərək, eyni müddətə sınaq müddəti olmaqla 2 il 6 ay şərti həbs cəzasına məhkum edildi, Lipetsk Dövlət Televiziya və Radio Yayımları Şirkəti xəbər verir.
Daha əvvəl bir kişi evindən daşınmaz əmlakın satışından əldə etdiyi 2,5 milyon rublun oğurlandığını açıqlamışdı. Kişi oğurluqda 44 yaşlı məşuqəsindən şübhələnirdi, çünki puldan yalnız onun xəbəri var idi.
Polis qadının həqiqətən pulu götürdüyünü müəyyən edib. Bundan sonra o, Qara dəniz kurortuna getdi. Qayıdandan sonra məşuqə hər şeyi etiraf etdi və kişiyə 2,2 milyon rubl qaytardı. O, tətilə 300 min pul xərcləyib.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər