Bütün xəbərlər
Gecə saatlarında metroda şüşə qapını sındıran şəxs mühakimə olunacaq
Tarix: 24-12-2024 18:22 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqun Moskovski rayonunun prokurorluğu gecə saatlarında metronun girişində şüşə qapını sındıraraq içəri keçməyə cəhd edən 37 yaşlı yerli sakinə qarşı ittiham aktını təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 2-nə keçən gecə “Moskovskie Vorota” stansiyasının girişində baş verib. Kişi kərpiclə qapının şüşəsinə səkkiz dəfə vurub, daha sonra onu təpikləyib.
"Peterburq Metropoliteni" Dövlət Unitar Müəssisəsi dəymiş ziyanı 30 min rubldan çox qiymətləndirib.
Bu fakt əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin vandalizm, yəni ictimai nəqliyyatda əmlaka ziyan vurma maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs izah edib ki, çox soyuq olub və isinmək istəyib, lakin işçi metronun gecə bağlı olduğundan onu içəri buraxmayıb. Sonra içəri girmək üçün şüşəni sındırmaq qərarına gəldi.
Sankt-Peterburq prokurorluğunun Telegram-kanalının məlumatına görə, cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər