Bütün xəbərlər
Krasnodarda məktəblini bıçaqlayan yeniyetmə cərimələnərək Rusiya Federasiyasından qovulacaq
Tarix: 24-12-2024 13:11 | Bölmə: Cəmiyyət

Krasnodarın Prikubanski rayon məhkəməsi münaqişə zamanı məktəbdə həmyaşıdını bıçaqlayan 14 yaşlı yeniyetməni xuliqanlıqda təqsirli bilib, vilayət məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gəncə 30 min rubl cərimə kəsilib, bundan sonra o və valideynləri Rusiya Federasiyasından qovulacaqlar.
“Məhkəmə 30 min rubl məbləğində cərimə kəsib, o, valideynləri ilə birlikdə Rusiya Federasiyasından çıxarılacaq”, - deyə, məlumatda bildirilir.
Krasnodarın Rossiyski kəndində 94 saylı məktəbin filialına hücumla münaqişə dekabrın 6-da axşam saatlarında baş verib. Üç yeniyetmə bıçaqlanıb, daha ikisi isə yüngül xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilsə də, sonradan hamısı xəstəxanadan buraxılaraq ambulator müalicəyə keçirilib. Hücum edən şəxs hadisə yerində saxlanılıb. İlkin məlumata görə, yaralı uşaqlar qıza şəfaət etməyə çalışıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları xuliqanlıq və səhlənkarlıq maddələri ilə cinayət işi açıb.
Bildirilib ki, yeniyetmənin valideynləri immiqrasiya pozuntularına görə deportasiya ilə üzləşiblər.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər